İKT

Facebook əməkdaşları insanların mesajlarını oxuyurlar
06 APREL
490

Facebook əməkdaşları insanların mesajlarını oxuyurlar

2018-04-06 18:11:00

Facebook-un onsuz da yaxşı olmayan vəziyyətini şirkət əməkdaşları korlaya bilərlər. Belə ki, onlardan bəziləri etiraf ediblər ki, müəyyən vaxtlarda onlar istifadəçilərin ismarışlarını oxuyurlar. Messenger tətbiqi və ya veb vasitəsilə göndərilən bütün ismarışlar bot vasitəsilə skan olunur. Həmin bot ismarışların daxilindəki məlumatları sosial şəbəkənin qaydalarına uyub-uymadığını yoxlayır və bundan sonra həmin ismarışların göndərilməsinə icazə verir.

Əgər bot hansısa ismarışın təhlükə mənbəyi kimi olduğunu sezərsə həmin ismarış avtomatik olaraq Facebook moderatorlarının əlinə keçir və ismarışın sonrakı aqibətinə onlar qərar verirlər. “Biz bunu sosial şəbəkədə və ya Messenger-də yolerilməz davranışların qarşısını almaq üçün edirik” – deyə Facebook əməkdaşlarından biri qeyd edib.

Bununla yanaşı Facebook Messenger tərtibatçıları qeyd edirlər ki, çatlarda olan insanlar arasındakı söhbətlər tamamilə konfidensial olaraq qalır və onlardan heç bir zaman reklam məqsədli istifadə olunmur. Buna baxmayaraq qeyd etmək lazımdır ki, Messenger digər platformalar kimi ismarışları şifrələmir. Beləliklə bu hal Messenger-i daha az güvənli edir. Bir çox insanlar üçün Facebook-un böyük kütləsinə görə ondan imtina etmək çətin gəlir. Lakin bu cür etiraflardan sonra bu sosial şəbəkədən qaçmaq arzusu yaranır.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256