İKT

WhatsApp-ın Android versiyasına səsli ismarışlarla bağlı iki funksiya gəlib
06 APREL
524

WhatsApp-ın Android versiyasına səsli ismarışlarla bağlı iki funksiya gəlib

2018-04-06 17:20:00

Wabetainfo saytı WhatsApp-ın Android versiyası üçün olan yeni beta versiyası haqqında məlumatlar verib. Belə ki, WhatsApp 2.18.71 versiyasına səsli ismarışlarla bağlı iki yeni funksiya əlavə olunub. Bundan sonra uzun səsli ismarışın yazılması zamanı istifadəçi səsyazma düyməsini klik edib saxlamalı olmayacaq. İstifadəçi sadəcə olaraq barmağını yuxarı scroll edərək öz səsini yaza biləcək.

Lakin səsyazmanı istifadəçi özü dayandırmalı olacaq. İkinci funksiya isə ondan ibarətdir ki, səsli ismarışı göndərməmişdən öncə onu dinləmək mümkün olacaq. Əlavə olan kiçik bir yenilik kimi həmdə stikerlərin nə qədər yaddaş həcmi tutduqları məlumatının əks olunmasıdır. Bu isə öz növbəsində sistem yaddaşı aşağı olan smartfonlar üçün əlverişli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259