İKT

İnstagramdakı ''Son Görünmə vaxtı'' necə deaktiv edilir?!
06 APREL
361

İnstagramdakı ''Son Görünmə vaxtı'' necə deaktiv edilir?!

2018-04-06 16:23:00

Facebook-un daxilində yer alan İnstagram ötən aylarda istifadəyə verdiyi yeniləmə ilə sevgililərin arasında münaqişələrə səbəb olmuşdu. İnstagramın İOS yeniləməsi ilə Direkt hissəsinə eynilə WhatsApp-da olduğu kimi son görünmə funksiyası əlavə olunmuşdu. Amma narazılıqların baş qaldıracağını bilən İnstagram bu funksiyanı deaktiv etmək üçün də imkan yaratdı. Bəs yaxşı, görəsən İnstagram-da son görünmə özəlliyi necə deaktiv edilir?

1-ci addım: İnstagram tətbiqini açın 

2-ci addım: Sağ alt hissədə yerləşən profil seçiminə keçid edin

3-cü addım: Profil səhifəsində sağ üstdə yerləşən ''...'' simvoluna klikləyin

4-cü addım: Azərbaycan türkcəsi olmadığına görə Türkiyə türkcəsindəki ''Hareket Durumunu Göster'' seçimini bağlayın.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260