İKT

"Facebook" 33 milyon dollar cərimələndi
06 APREL
137

"Facebook" 33 milyon dollar cərimələndi

2018-04-06 11:33:00

Braziliya məhkəməsi "Facebook" şirkətini 33 milyon dollar cərimələyib.

Fins.az xəbər verir ki, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub.

Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların "WhatsApp" messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib.

Qeyd edək ki, "WhatsApp Inc." 2014-cü ilin fevral ayından "Facebook"a məxsusdur.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280