İKT

"Arianespace" Azərbaycanın ikinci peykinin buraxılacağı tarixi açıqladı - NƏ VAXT?
06 APREL
207

"Arianespace" Azərbaycanın ikinci peykinin buraxılacağı tarixi açıqladı - NƏ VAXT?

2018-04-06 11:32:00

Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışı mayın 25-ə planlaşdırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycanın peykinin buraxılışı ilə məşğul olan Fransaın "Arianespace" şirkəti bildirib.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Bildirilir ki, "Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.

Qeyd edək ki, Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271