İKT

Yeni “iPhone” belə olacaq
06 APREL
705

Yeni “iPhone” belə olacaq

2018-04-06 11:03:00

“Apple” şirkəti bir neçə il ərzində “iPhone” smartfonlarının zahiri görünüşünü dəyişməyi qarşısına məqsəd qoyub. 
Fins.az-ın məlumatına görə,  tərtibatçılar smartfonun idarə edilməsində yenilik tətbiq edəcəklər. 
Məlumatlara inansaq, böyük yenilənmədən sonra “Apple” smartfonları əl işarələri ilə idarə etməyə imkan verən əyilmiş displeylə təchiz ediləcəklər. Ekranın barmaq toxunana qədər reaksiya vermək imkanı da mövcud olacaq.
Mütəxəssislər düşünürlər ki, bu əl işarələri əsas rol oynamayacaq. Çox güman ki, bu, “3D Touch” əl işarələrinin analoqu olacaq. İstənilən halda belə bir yenilənmə həqiqətən də orijinal qərar olacaq. 
“Bloomberg” agentliyi isə yeni “iPhone”un displeyinin necə olacağını açıqlayıb. Displey elə əyiləcək ki, aşağı və yuxarı kənarların ortasında dərinlik yaranacaq. Tərtibatını nəzərə alsaq, yeni “iPhone” “LG Flex” smartfonunun zahiri görünüşünü xatırladacaq. Hazırda bu layihə işlənmə mərhələsindədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256