İKT

Marsa xüsusi arılar göndəriləcək – MARAQLI SƏBƏB
05 APREL
252

Marsa xüsusi arılar göndəriləcək – MARAQLI SƏBƏB

2018-04-05 12:23:00

NASA mütəxəssisləri Mars planetinə qanadla təchiz olunmuş kəşfiyyatçı robotlar göndərməyi planlaşdırır.

Fins.az xəbər verir ki, “mars arıları” adlandırılan uçan robotlar qırmızı planetin atmosfer təzyiqi barədə məlumatlar toplayacaq.

Mars arıları eyni zamanda planetdə reqolit (qrunt qalıqları) nümunələrini götürəcək.

Tərtibatçıların dediyinə görə, robotlar qrup şəklində tapşırıqlar yerinə yetirəcək və vaxtaşırı elektrik qidası almaq üçün təhkim olunduqları mars roverinə qayıdacaq.

Hal-hazırda mütəxəssislər layihənin texniki mərhələsini həyata keçirir. Onlar uçan robotların mars atmosferi şəraitində aerodinamikasını öyrənmək üçün, sınaqlarda vakum kamerasından istifadə etməyi planlaşdırır.

Mütəxəssislərin təbirincə, həqiqi arını təqlid edən aparat, kifayət qədər yüksək yükqaldırma qabiliyyətinə malik olacaq. Tərtibatçılar eyni zamanda qanadların özülünə yaylar quraşdırmaqla enerji sərfiyyatını  ən aşağı səviyyəyə çatdırmağı planlaşdırır.

Bundan başqa hər hansı robot qəzaya uğrayıb düşsə, digər “arılar” onu qaldırıb bazaya daşıya biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273