İKT

“Samsung” “Balıq gözlü” smartfonu patentləşdirdi
04 APREL
201

“Samsung” “Balıq gözlü” smartfonu patentləşdirdi

2018-04-04 17:18:00

Cənubi Koreyanın “Samsung” şirkəti yeni telefonları üçün “fish-eye” patentləşdirib.
Fins.az xəbər verir ki, ilkin məlumatlara əsasən, müvafiq obyektiv komplektlə bərabər, ayrıca da satılacaq. 
Yeni obyektivin xüsusiyyəti 150 dərəcə bucaqla çəkə bilməsidir. Prijinal versiyada bu obyektiv arxa paneldə yerləşəcək. Bu isə imkan verəcək ki, geniş bucaqlı selfilər çəkmək olsun. 
İnsayderlər tərəfindən incələn sənədlərdə linzanın 7 elementi barədə ətraflı yazılıb. Bu linzalar lazımı bucaq görüntüsünü təmin etməyə cavab verəcək. 
İlk dəfə olaraq selfi kameranın obyektivi “Galaxy Note 9” cihazlarında tətbiq edilməlidir. Ancaq hələlik bununla bağlı məlumat təsdiqini tapmayıb. Frontal kamera 8 meqapiksel genişlənməyə malik olacaq ki, bu da linzaların fəaliyyətində öz əksini tapmayacaq. 
Yeni cihaz barəsində daha ətraflı məlumat telefonun nümayişi ərəfəsində yayılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273