İKT

«YouTube» videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlanıb
04 APREL
282

«YouTube» videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlanıb

2018-04-04 10:56:00

«YouTube» videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil. İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub.  Fins.az-ın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259