İKT

“Instagram” “Apple Watch”dan həmişəlik itəcək
04 APREL
156

“Instagram” “Apple Watch”dan həmişəlik itəcək

2018-04-04 10:32:00

“Instagram” tətbiqinin tərtibatçıları hesab edirlər ki, gələcəkdə onlar öz sosial şəbəkələrini “Apple Watch” smart-saatlarında daha yeniləməyəcəklər. 
Fins.az xəbər verir ki, sosial şəbəkə nümayəndələrinin belə bir qərarı bir çox “Apple” saatları sahiblərini məyus edib. 
Məlum olub ki, “Instagram” həmişəlik olaraq “Apple” brendinin “ağıllı” saatlarının displeylərindən itəcək. Rəsmi nümayəndələrin sözlərinə görə, onlar artıq “Apple Watch” tətbiqi üçün yenilənmələr tərtib etməy heç bir əsas görmürlər. Çünki orada əsas funksiya, yəni şəkillərin dərc edilməsi mövcud deyil. 
Xatırladaq ki, bir qədər əvvəl istifadəçilər “Apple Watch”da ancaq şəkillərlə dolu lenti incələməyi  və “layk” qoymağı bacarırdılar. “Apple Watch”da bu tətbiqin dayandırılmasına səbəb bu saatlarda “İnstagram”ın bir o qədər tələbatlı olmaması olması olub.

Tərtibatçılar istifadəçiləri ruhdan düşməməyə, “İnstagram”ı smartfon və planşetlərdə istifadə etməyə çağırıb. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271