İKT

Robotlar insanları əvəz edəcək
03 APREL
145

Robotlar insanları əvəz edəcək

2018-04-03 11:55:00

Məlumatları emal edən operatorların robotlarla əvəz edildiyi zaman, süni intellekt sistemləri 10-15 ildən sonra insanları əvəz etməyə qadir olacaqlar.

Fins.az xəbər verir ki, bu barədə Perspektiv Araşdırmalar Fondunun informasiya araşdırmaları istiqaməti üzrə rəhbəri Sergey Qarbuk bildirib.

“Tətbiqi süni intellektin yaradılması məsələsini həll edərək, biz ilk əvvəl təkamül prosesi zamanı və bəşəriyyətin mövcud olduğu müddətdə davam edəcək, informasiya emalını öz təbii bacarıqlarından istifadə edərək həyata keçirən insan-operatorunun texniki sisteminin əvəz olunmasından danışırıq”, - o qeyd edib.

Alimin fikrincə, artıq bu gün yaradılmış süni intellekt sistemləri məsələlərin həllində insanlardan heç də geri qalmırlar. İnsan üzünün və səsinin tanınmasını buna misal gətirə bilərik.

Mart ayında xəbər verilirdi ki, Almaniyanın Passau Universitetinin çətin intellektual sistemlər kafedrasının müdiri Byorn Şullerin fikrincə, cəmi 10 il sonra süni intellekt şeir yaza biləcək.

Rusiya prezidenti Vladimir Putin martın 6-da insanları maşınlarla əvəzlənməyə hazır olmağa çağırıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272