İKT

"Youtube"un işində problem yaranıb
03 APREL
94

"Youtube"un işində problem yaranıb

2018-04-03 11:33:00

Dünyanın bir çox yerində istifadəçilər "YouTube" videoservisinin işində problemlərin olduğunu bildirirlər.

Fins.az xəbər verir ki, bu barədə internet-resursların işini izləyən "Downdetector" bildirir.

"Downdetector"un məlumatında deyilir: "2 aprel 2018-ci il saat 22:55:24-də Youtube-da problemlər var".

Daha çox videoservisin işləməsində problemlərin olduğunu ABŞ-da, Kanadada, Braziliyada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, İtaliyada, İspaniyada, Fransada, Belarusda, Ukraynada, Rusiyada bildirirlər.

"YouTube" arıtq bu məsələ ilə bağlı öz "Twitter" səhifəsində açıqlama verib. Videoservis bildirib ki, problemin aradan qaldırılması üçün işlər aparılır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279