İKT

İran “Telegram”a əvəz tapdı
03 APREL
123

İran “Telegram”a əvəz tapdı

2018-04-03 11:25:00

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiyasının sədri Əlaəddin Borucərdi bildirib ki, “Telegram”ı əvəz edəcək tətbiq bir neçə aydan sonra istifadəyə veriləcək.

Fins.az xəbər verir ki, belə bir qərar milli təhlükəsizlik baxımından qəbul edilib. 

Çünki hakimiyyətin məlumatına əsasən, 2017-ci ilin sonunda və 2018-ci ilin əvvəllərində baş tutan kütləvi etiraz aksiyaları “Telegram”da planlaşdırılıb.

Bundan öncə bildirilib ki, İran parlamenti etiraz aksiyaları ilə bağlı “Telegram”ı bloklamaq imkanlarını müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277