İKT

“Samsung Galaxy Note 9” sahibini nəfəsindən tanıyacaq
03 APREL
264

“Samsung Galaxy Note 9” sahibini nəfəsindən tanıyacaq

2018-04-03 11:04:00

“Samsung Galaxy Note 9” smartfonunda telefon sahibini müəyyən etməyə imkan verən yeni funksiya yaradılıb.
Fins.az xəbər verir ki yeni sistem sayəsində cihaz sahibini nəfəsindən müəyyən edə biləcək. 
Əldə edilmiş məlumatlara əsasən, yeni smartfon öz sahibini barmaq izlərinin skaneri, göz bəbəyi və nəfəsinin köməyi ilə tanıya biləcək. Telefona qazoanalizator sensoru əlavə ediləcək ki, bunun da sayəsində smartfonun üzərinə, sadəcə, nəfəs vermək bəs edəcək. 
Qazoanalizator vasitəsilə istifadəçi qandakı alkoqolun konsentrasiyasına da nəzarət edə biləcək. 
“Samsung Galaxy Note 9” bu ilin iyul ayında satışa çıxarıla bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256