İKT

Yanğın haqda xəbərdarlıq edən divar kağızları yaradılıb
02 APREL
212

Yanğın haqda xəbərdarlıq edən divar kağızları yaradılıb

2018-04-02 15:04:00

Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına qurulmuş qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır.
Fins.az xəbər  verir ki, Şanxay Keramika İnstitutunun alimləri material qismində hidroksiapatitdən istifadə ediblər. Bu maddə sümük və dişlərin əsas komponentini təşkil edir. Hidroksiapatit kifayət qədər kövrək və bərk maddədir, amma alimlər bu materialdan divar kağızlarının yaradılması üçün kifayət qədər elastik olan çox uzun nanoborular düzəltməyə müvəffəq olublar.
"Bizim divar kağızlarımız möhkəm və elastikdirlər, onları istənilən kimi  boyamaq mümkündür, bu halda onlar oda, istiliyə davamlıdırlar və təhlükə haqda xəbərdarlıq edirlər" – “phys.org”a müsahibəsində tədqiqat qrupunun rəhbəri Yin Çje Çju deyib. "Biz, həmçinin materialın başqa sahələrdə tətbiqi üzərində də işləyirik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258