İKT

Google-un link qısaltma servisi bağlanır
02 APREL
197

Google-un link qısaltma servisi bağlanır

2018-04-02 14:49:00

Internetdə uzun web adreslərinin istifadəsi səmərəli olmadığı üçün Google öz link(url) qısaltma servisi olan Goo.gl ilə istifadəçilərin yardımına çatırdı. Amma Google-dan gələn xəbərlərə görə, şirkət Aprel ayından etibarən link qısaltma servisini pilləli olaraq bağlayacaq. Şirkət əsas səbəb olaraq isə, 2009-dan bu yana istifadəçilərin paylaşım tipinin dəyişdiyini deyir.

Artıq mobil tətbiqlər və web proqramlar datalara çatmağın ən asand yollarından biri olduğu üçün Google, Goo.gl və Firebase Dynamics Link servislərindən kənarlaşmağı planlayıb. Hələki istifadə etməyən şəxslər 13 Aprel 2018 tarixinə qədər istifadə edə bilər. Lakin sistemdə qeydiyyat olan istifadəçilərə 30 Mart 2019 tarixinə qədər dəstək veriləcək və sonra onlar üçün də bu servis bağlanacaq. Google səlahiyyətlilərinin dediklərinə görə yaxşı tərəfi odur ki, Goo.gl servisi bağlandıqdan sonra belə əvvəlki qısaldılan linklər işləyəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271