İKT

OnePlus 6-nın yeni fotosu sayəsində bir sıra məlumatlar məlum oldu
29 MART
429

OnePlus 6-nın yeni fotosu sayəsində bir sıra məlumatlar məlum oldu

2018-03-29 17:46:00

Məşhur insayder Evan Blass öz Twitter hesabında OnePlus 6 flaqman modelinin bəlkə də ən keyfiyyətli fotosunu təqdim edib. İlk öncə biz düşünürdük ki, yeni smartfonun arxa paneli şüşədən olacaq. Lakin görünür, smartfon taxtadan istehsal olunmuş arxa panelə sahib ola bilər. Bundan əlavə olaraq onda ənənəvi qulaqlıq girişi də olacaq. Qeyd etmək lazımdır ki, taxtadan hazırlanmış arxa panel bizi OnePlus One vaxtlarına geri qaytarır. Həmin vaxtdan bəri şirkətin bütün smartfonlarının korpusları metaldan hazırlanırdı.

Əgər Evan Blass-ın paylaşdığı foto həqiqətdirsə (buna şübhə də yoxdur) yeni smartfonun qeyri-adi arxa paneli onu digər rəqib modellər arasında fərqləndirəcək. Günümüzdə korpusunda metal və şüşədən başqa metarial olan smartfona rast gəlmək nadir haldır. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, taxtadan hazırlanmış arxa panel halında da şüşə panel kimi naqilsiz şarj texnologiyası dəstəklənir. Bir sıra məlumatlara əsasən OnePlus 6 6/8 GB RAM və 128/256 GB daxili yaddaş ilə təchiz olunacaq. Məlumata əsasən 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 749$-a satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259