İKT

Yeni “Apple Watch”un displeyi böyük olacaq
28 MART
287

Yeni “Apple Watch”un displeyi böyük olacaq

2018-03-28 18:23:00

Yenilənmiş “Apple Watch” “ağıllı” saatları əvvəlkilərdən 15 faiz böyük displey ilə təchiz ediləcək.
Fins.az xəbər verir ki,  bu barədə “KGI Securities” analitik şirkətinin hesabatında deyilir. 
Daxil olan məlumatlara əsasən, ABŞ şirkəti aktiv olaraq öz smart-saatlarının yenilənməsi ilə məşğuldur. Belə ki, “Apple Watch”un növbəti nəsli istifadəçilər üçün cəlbedici olan bir sıra xüsusiyyətlər əldə edəcək. Hər şeyə baxmayaraq, istehsalçı özünün smart-saatlarının total dizaynının yenilənməsi ilə məşğul olmaq qərarına gəlib.

Qeyd etmək lazımdır ki, 15 faiz böyüdülmüş displey cihazın mövcud dəyişikliklərdən biri olacaq. Çox güman ki, ekranın ətrafında çərçivələrin eni azalacaq. Bununla belə, korpusun həcmi dəyişməz qalacaq. 
KGI şirkətinin mütəxəssislərinin sözlərinə görə, yenilik artırılmış batareya ilə təqdimata gedəcək. Gözlənilir ki, yenilənmiş cihaz 2018-ci ilin üçüncü rübündə təqdim ediləcək.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267