İKT

HTC-dən rekord zərər - AYLIQ GƏLİRİ 90 DOLLARA ÇATMIR
28 MART
234

HTC-dən rekord zərər - AYLIQ GƏLİRİ 90 DOLLARA ÇATMIR

2018-03-28 16:58:00

Elektronika nəhəngi HTC şirkəti maliyyə rübü ərzində şirkətin tarixində ən yüksək zərərlə üzləşib.

Fins.az xəbər verir ki, bu barədə korporasiyanın maliyyə hesabatında deyilir.

Bu məlumatlara əsasən, 2017-ci ilin dördüncü rübündə şirkətin zərəri 337 milyon dollardan çox olub. Həmçinin məlumdur ki, Tayvan şirkəti bir il ərzində də rekord maliyyə itkiləri ilə üzləşib. 

Uğursuzluğun səbəbi şirkətin elektronikasına tələbatın az olmasıdır. HTC nümayəndələri hesab edirlər ki, buna səbəb elektronika bazarında rəqabətin artması və qiymətlə keyfiyyətin uğursuz müqayisəsi səbəb olub. 

Xatırladaq ki, bundan əvvəl şirkət rekord aylıq itki ilə üzləşib. Bu ilin fevral ayının nəticələrinə əsasən, Tayvan şirkətinin gəliri cəmi 89,3 dollar təşkil edib. Elektronika nəhəngi 13 il qoruyub saxladığı antirekordu yeniləyib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254