İKT

“Android”lərdə yeni virus yayıldı
28 MART
241

“Android”lərdə yeni virus yayıldı

2018-03-28 15:15:00

“SophosLabs” şirkəti “Android”də olan “ağıllı kompas” tətbiqində yeni virus aşkar edib. 
Fins.az xəbər verir ki, ziyanverici proqram əməliyyat sisteminin standart sistem alətləri adı altında maskalanır və cihaza yükləndikdən bir neçə saat sonra aktivləşir. Məhz bunun üçün də onu dərhal müəyyən etmək çətindir. 
Virusa yoluxmuş tətbiq artıq 500 min dəfə yüklənib. Baxmayaraq ki, artıq “Google” bu virusu “Google Play”dən silib, mütəxəssislər cihaz sahiblərinə onları antivirus proqramları ilə yoxlamağı məsləhət görürlər. Əks halda, onlar bir neçə müddətdən sonra reklamları bütün ekran boyunca görə biləcəklər. 
Mütəxəssislər qeyd edirlər ki, “Android” viruslarına daha tez-tez rast gəlinir. Bunun üçün də istifadəçilərin bir qədər diqqətli olması lazımdır.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273