İKT

Rekord yaddaş həcmi. Huawei Mate RS Porsche Design adlı super flaqman modeli
28 MART
144

Rekord yaddaş həcmi. Huawei Mate RS Porsche Design adlı super flaqman modeli

2018-03-28 13:06:00

 P20 və P20 Pro əsas flaqman modelləri ilə birlikdə Huawei şirkəti həmçinin Mate RS Porsche Design adlı super flaqman smartfonunu təqdim etdi. Smartfonun əsas özəllikləri sırasında üçlü arxa kamera, 512 GB daxili yaddaş həcmi durur. Xarici görünüşcə Mate RS Porsche Design P20-ə bənzəmir. Belə ki, Mate RS Porsche Design-ın ön panelinin yuxarı hissəsində çıxıntı yeri yoxdur. Onun arxa kamerası isə arxa panelin ortasında yerləşir. Smartfonun korpusu metaldan hazırlanıb. Onun ekranının kənarları əyilmiş formadadır. Cihaz yuxarı və aşağı hissələrdə nazik çərçivələrə sahibdir.

Mate RS Porsche Design iki barmaq izi skanı texnologiyasına sahibdir. Onlardan biri arxa paneldə digəri isə ekranda yerləşir. Buna görə də istifadəçi müxtəlif vəziyyətlərdə ona rahat olan istənilən barmağını smartfonu blokdan çıxartmaq üçün istifadə edə bilər. Əvvəldə də dediyimiz kimi Mate RS Porsche Design üçlü arxa kameraya sahibdir. Adi çəkiliş və beşqat hibrid zoom üçün 40 MP-lik rəngli sensor, təsvirlərin dəqiqliyi və detalizasiyası üçün 20 MP-lik ağ-qara sensor və üçqat zoom üçün 8 MP-lik uzunfokuslu rəngli sensor. Kameralar Leica şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanmışdır. Həmçinin Mate RS Porsche Design-ın üçlü arxa kamerası saniyədə 960 kadrlı slo-mo videolar da çəkə bilir.

Texniki göstəricilərə gəldikdə isə Mate RS Porsche Design 18:9 nisbətli 6 inç QHD+ ekran, neyroşəbəkə imkanlarına sahib olan Kirin 970 prosessoru, 6 GB RAM, 256/512 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun əsas maraqlı məqamı onun qiymətindədir. Belə ki, 6 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1695 avro, 6 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 2095 avro qiymətinə satılacaq. Smartfonun satışları gələn aydan start götürəcək. Qeyd etmək lazımdır ki, Apple və Samsung kimi əsas rəqib şirkətlərin sonuncu modellərinin qiymətləri Mate RS Porsche Design-ın qiymətindən iki dəfə ucuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279