İKT

Zukerberq Konqresdə ifadə verəcək
28 MART
192

Zukerberq Konqresdə ifadə verəcək

2018-03-28 12:48:00

“Facebook”un yaradıcısı Mark Zukerberq ABŞ Konqresində şəxsi məlumatların qorunması üzrə dinləmələrdə ifadə verməyə hazırdır

Fins.az-ın xəbərtinə görə, bu barədə CNN məlumat yayıb.

M. Zukerberq belə nəticəyə gəlib ki, Konqresdə bir neçə həftə ərzində ifadə vermək zorunda qalacaq. Hazırda “Facebook”da onun ifadələrinin tərtib olunması üzərində iş aparılır.

CNN-in mənbələri bildiriblər ki, M. Zukerberqdən sonra “Google”un baş direktoru Sundar Piçai və “Twitter”in rəhbəri Cek Dorsi də Konqresdə ifadə vermək qərarına gələ bilər.

Xatırladaq ki, Böyük Britaniyanın “Cambridge Analytica” konsaltinq şirkəti “Facebook”un 50 milyon istifadəçisinin şəxsi məlumatlarını əldə edib və ABŞ-dakı prezident seçkiləri zamanı bu məlumatlardan siyasi reklamlarda yararlanıb. M. Zukerberq öz səhvlərini etiraf edərək hər kəsdən üzr istəyib. Məsələ ilə bağlı həm ABŞ-da, həm də Britaniyada araşdırma aparılır. Britaniyada “Cambridge Analytica” haqqında təhqiqat başlayıb və şirkətin ofislərində axtarış aparılıb. M. Zukerberq Britaniya parlamentində ifadə verməyə dəvət olunsa da, dəvətə müsbət cavab verməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254