İKT

Tim Cook-dan “Facebook skandalı”na münasibət
27 MART
189

Tim Cook-dan “Facebook skandalı”na münasibət

2018-03-27 13:43:00

Apple CEO-su Tim Cook Cambridge Analytica skandalına münasibət bildirib.

Tim Cook Facebook-un adını hallandırmadan mövzuya münasibət bildirib.

O, bu skandalı “dəhəşətli” olaraq adlandırıb. Məlumatların əldə edilməsinin məhdudlaşdırması ilə bağlı sualları cavablandıran CEO bunun üçün yüksək tənzimlə qaydalar zəruri olduğunu vurğulayıb.

Cook şirkətlərin istifadəçilərin həyatına dair bu qədər ətraflı məlumatlara sahib olmalarını dəstəkləmir:

“Uzun illərdir bir çox ölkələrin insanlarının öz məlumatlarını ətraflı düşünmədən vermələri və bu məlumatlar əsasında rəqəmsal profillərin yaradılmasından narahat idik. Bir gün baş verən belə hadisədən sonra onların zərər görəcəyindən qorxurduq. Təəssüf ki, bu proqnozlarımız bir daha doğru çıxdı”.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267