İKT

ABŞ-Çin ticarət savaşında önəmli cəbhə - YÜKSƏK TEXNOLOGİYALAR
27 MART
151

ABŞ-Çin ticarət savaşında önəmli cəbhə - YÜKSƏK TEXNOLOGİYALAR

2018-03-27 12:03:00

ABŞ və Çin arasında başlayan ticarət müharibəsində “cəbhə”lərdən biri yüksək texnologiyalar sahəsidir.

Fins.az xəbər verir ki,  artıq tərəflər bu istiqamətdə qarşılıqlı addımlara başlayıblar.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ötən həftə Çini ABŞ şirkətlərindən texnoloji sirləri oğurlamaqda ittiham edərək və iki ölkə arasındakı ticarətdə ABŞ əleyhinə böyük kəsirin yarandığını əsas gətirərək bu ölkədən idxal olunan bəzi məhsullara 60 milyard dollar həcmində əlavə gömrük rüsumu tətbiq olunmasına qərar verib. O, Çini qarşılıqlı ticarətdəki ABŞ əleyhinə olan kəsiri 100 milyard dollar həcmində azaltmağa çağırıb. Çin isə buna cavab olaraq ABŞ məhsullarına əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb.   

İki ölkə arasında süni zəka, kvant hesablama, yeni nəsil simsiz internet kimi sahələrdə rəqabət də qızışır, tərəflər artıq bir-birinin texnoloji şirkətlərinə qarşı cəzalar, cərimələr kəsməyə başlayıb. Belə ki, Donald Tramp mərkəzi ofisi Sinqapurda yerləşən “Broadcom” şirkətinin “Qualcomm”u satın almasını qadağan edib. Bu addım “Qualcomm”un mövqelərinin zəifləməsi və nəticədə Çinin “Huawei” şirkətinin 5G texnologiyaları sahəsində önə keçməsi ehtimalı ilə əlaqədar atılıb.  

Çin hökuməti isə rəsmi idarələrin “Microsoft Windows”un son versiyasını yükləməsini qadağan edib. Dövlət orqanları üçün texnoloji ləvazimatlar alınarkən “Apple”, “İntel”, “Cisco” kimi şirkətlərdən faydalanmağa da son qoyulub. “Qualcomm” isə rəqabət qaydalarını pozmaq ittihamı ilə 975 milyon dollar cərimələnib.  

Ticarət müharibəsinin davam edəcəyi təqdirdə, texnoloji sahədə qarşılıqlı sanksiyaların davam edəcəyi qaçılmazdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267