İKT

WhatsApp-a yeni ödəniş funksiyası gəldi
27 MART
304

WhatsApp-a yeni ödəniş funksiyası gəldi

2018-03-27 11:48:00

 Hələ keçən il məlum olmuşdu ki, WhatsApp özünün pul köçürmələri funksiyasını istifadəyə verməyi planlaşdırır. Bu yaxınlarda isə məlum olmuşdu ki, sözügedən funksiya artıq Hindistanda test mərhələsindədir. İndi isə bu funksiyanın testi yeni mərhələyə keçib. Belə ki, WhatsApp istifadəçiləri QR kod vasitəsilə ödəniş etmək imkanına sahib olublar. Bu funksiya sayəsində sadəcə QR kodu skan edərək ödəniş etmək mümkündür.

Sözügedən funksiya Android üçün WhatsApp-ın 2.18.93 versiyasında reallaşdırılıb. Əgər siz artıq messencerde ödənişlər funksiyasını aktiv etmisinizsə, Ayarlar -> Ödənişlər-ə daxil olub aşağı hissəyə enməyiniz lazımdır. Həmin hissədə “Yeni Ödənişlər” bölməsini klik etmək lazım gələcək. Məhz bu mərhələdə QR kodun skan olunması funksiyası sizin qarşınıza çıxacaq. Sözügedən funksiya hələki ödəniş funksiyasının aktiv olduğu regionlarda keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270