İKT

LG G7 və G7 Plus-ın texniki göstəriciləri ilə fotosu sızdırılıb
22 MART
391

LG G7 və G7 Plus-ın texniki göstəriciləri ilə fotosu sızdırılıb

2018-03-22 21:50:00

 Dünən bəzi kütləvi informasiya vasitələri sayəsində məlum oldu ki, LG şirkətinin yeni flaqman modelləri olacaqG7 və G7 Plus smartfonları OLED deyil LCD ekrana sahib olacaqlar. Bugün isə internetdə sözügedən smartfonların fotoları və texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Bu məlumatlar MWC 2018tədbirində smartfonların bağlı qapılar arxasında təqdimatı üçün istifadə olunmuş noutbookda tapılıb.

Təqdim olunmuş reklam fotosuna əsasən belə bir nəticəyə gəlmək olar ki, LG şirkəti iPhone X yolu ilə gedərək öz yeni smartfonlarını ona bənzədib. LG G7 və G7 Plus modelləri ön panelin böyük bir hissəsini əhatə edən ekrana, ekranın üst hissəsində kiçik çıxıntıya, nazik çərçivələrə, ikili arxa kameraya və arxa paneldə barmaq izi skanı texnologiyasına sahibdirlər.

Hər iki smartfon 19.5:9 nisbətli 6.1 inç ekran, Snapdragon 845 prosessoru ilə təchiz olunub və IP68 standartlı sudan və tozdan qorunma özəlliyini özündə birləşdirir. G7 4 GB RAM və 64 GB daxili yaddaşa, G7 Plus isə 6 GB RAM və 128 GB daxili yaddaşa sahibdir. Hər iki model f/1.6 diafraqmalı 16 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Bununla yanaşı hər iki smartfonda 3000 mAh enerji tutumlu batareyanın olduğu güman olunur. Qeyd etmək lazımdır ki, LG G7 və G7 Plus modellərinin təqdimatı bu ilin İyun ayında baş tutacaq.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258