İKT

"Facebook" 50 milyard dollar itirdi - 50 MİLYON PROFİL ƏLƏ KEÇİRİLİB
22 MART
751

"Facebook" 50 milyard dollar itirdi - 50 MİLYON PROFİL ƏLƏ KEÇİRİLİB

2018-03-22 14:51:00

"Facebook" şirkəti bu həftə 50 milyard dollar itirib.

Fins.az-ın məlumatına görə, "Facebook"un səhmləri 20 mart tarixindən etibarən 5%-dən çox ucuzlaşıb.

Öz enişi ilə "Facebook" digər şirkətlərə də təsir edib. "Twitter" 9%, "Snap" 4% dəyər itirib.

Qeyd edək ki, böhrandan əvvəl səhmləri 500 milyard dollar dəyərində olan şirkət 50 milyard dollar dəyər itirməsi ilə "Ford", "eBay" və "Delta" kimi şirkətləri geridə qoyub.

"Facebook" sosial şəbəkəsinin səhmlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb "Cambridge Analytica" şirkətinin 50 milyon "Facebook" istifadəçisinin şəxsi hesablarına daxil olması və Donald Trampın seçki kampaniyasına dəstək üçün istifadə etməsi barədə informasiyalar göstərilir.

Yayılan xəbərlərə münasibət bildirən "Facebook"un qurucusu Mark Zukerberq öz profilində bununla bağlı paylaşım edərək üzr istəyib. "Biz sizə məxsus məlumatların təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. Əgər sizin hesablarınız təhlükəsizliyini təmin edə bilmiriksə, o zaman öz xidmətlərimizi dayandıracağıq" - deyə açıqlama verən şirkət sahibi məsələnin dərindən araşdırılacağını və şəxsi hesablara tətbiq olunan gizlilik sisteminin daha da təkmilləşdiriləcəyini vurğulayıb.

© APA Tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256