İKT

Azərbaycanda 27 milyon manatlıq kompüter məhsulları istehsal edilib
19 MART
202

Azərbaycanda 27 milyon manatlıq kompüter məhsulları istehsal edilib

2018-03-19 12:47:00

Bu il Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb.
Finsa.az-ın məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkədə kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 26,6 milyon manatlıq məhsul istehsal olunub. 
Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 6,1 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 43,4 faiz artıb. 
Yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,0 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 1,7 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267