İKT

Niyə soyudan mikrodalğalı sobalar mövcud deyil?
19 MART
257

Niyə soyudan mikrodalğalı sobalar mövcud deyil?

2018-03-19 10:52:00

Uşaqkən beynimiz suallarla dolu idi; ”Səma niyə mavidir?”, ”Qaşlarımızın funksiyası nədir?”, ”Niyə planetimizin fırlanmasını hiss etmirik?”, kimi suallar çoxumuzu düşündürüb. Artıq böyümüşük və bu sadə sualların cavabını bilsək də bizim üçün açıqlanması vacib müəmmalar hələ də qalmaqdadır.

Məsələn, sizcə niyə isidən mikrodalğalı soba olduğu halda, soyudan mikrodalğalı soba yoxdur?

Cavabı sualdan da qarışıqdır! Hansısa mikrodalğalı sobada yeməkləri isitmək çox asandır. Məsələn, donmuş hər hansı bir yeməyi sobanın içinə yerləşdirib, ”Başla/Start” düyməsini sıxsaq mikrodalğalı soba yeməyin içindəki su molekullarını həyəcanlandırmaq üçün müəyyən radio dalğaları göndərəcək. Dərhal sonra isə bir qrup molekulun aktivliyi və ya enerji səviyyəsi həmin yeməyin temperaturunu müəyyən edəcək.

Lakin molekulları daha soyuq vəziyyətə gətirmək üçün onları sakitləşdirəcək heç bir radio dalğa tezliyi yoxdur.

Qeyd: İsinmiş molekullar həm də daha yüksək entropiyaya sahibdirlər. Entropiya sözünü elmə ilk dəfə alman alimi Rudolf Klauzius (1854) gətirmişdi. Klauzius istiliyin digər enerji formalarına çevrilməsini xarakterizə etmək üçün bu termini elmə daxil etmişdir. Entropiya sözünün mənası “çevrilmək” deməkdir. Entropiya sistemin nizamsızlıq dərəcəsidir. Bütün dönməyən proseslərdə entropiya artır. Soyuq yeməklər isti yeməklərdən daha aşağı entropiya dərəcəsinə malikdir. Elə bu səbəbdən yeməkləri isitmək soyutmaqdan daha asandır.

Məsələn, dondurucuya içində çox da donmamış dondurma olan qab yerləşdirdiyiniz zaman dondurmanın ilıq temperaturu dondurucunun ən soyuq hissəsinə doğru axmağa başlayır. Bu entropiyanın düşməsi ilə nəticələnə bilər, amma bütün soyuducunu nəzərə alsaq, xeyr! Çünki soyuducu içindəki qida məhsullarını soyutmaq üçün çoxlu enerji sərf edir. (Soyuducunuzun arxasındakı havanın nə qədər isti olduğunu hiss edirik)

Sürətlə soyuya bilən bəzi şeylər var. Məsələn, qaz genişlənərək soyuyur, bu səbəblə də yeni püskürdülən aerozol ilk bir neçə saniyə üçün soyuq ola bilər. Lakin maye azot kimi təhlükəli dərəcədə soyuq maddəyə sahib olmayan heç bir avadanlıq yeməyi mikrodalğalı sobanın qızdıra biləcəyi güclə soyuda bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257