İKT

WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu
17 MART
1682

WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu

2018-03-17 20:52:00

Məlum olduğu kimi, bir müddətdir WhatsApp-ın şəxsi məlumatları Facebook ilə paylaşması məsələsi ciddi müzakirə edilir.

Belə ki, 2016-cı ildən Avropa WhatsApp-dan bu fəaliyyəti dayandırmağı tələb edir. Qeyd edilən məsələ ilə bağlı dəfələrlə şirkətə xəbərdarlıq edilib.

Nəhayət WhatsApp bu təkidləri nəzərə alaraq ortaq bir qərar qəbul edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, WhatsApp mayın 25-nə qədər Avropalı istifadəçilərin heç bir məlumatını Facebook ilə paylaşmayacağına söz verən müqavilə imzalayıb.

Belə ki, mayın 25-də Avropada istifadəçilərin rəqəmsal hüquqlarını qoruyan “Ümumi Məlumatların Mühafizəsi ilə bağlı Tənzimləmə (GDPR)” siyasəti həyata keçiriləcək.

Bununla da WhatsApp bütün məlumat paylaşmını GDPR tərəfindən hazırlanan çərçivədə həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270