İKT

Samsung və Sony arasındakı iplər gərginləşir
17 MART
452

Samsung və Sony arasındakı iplər gərginləşir

2018-03-17 20:29:00

Bir çox texnologiya kateqoriyasında lider olmağa davam edən Samsung şirkəti bu səfər "Görüntü Sensorları" istehsal etmək istəyir.

Belə ki, öz cihazlarındakı sensorlar ilə böyük uğur qazanan şirkət bunu digər firmalar üçün də etmək istəyir. OLED ekranlar, NAND və DRAM kimi istehsalatlarda lider olan şirkət bu səfər Sony-nin lider olduğu "İmage Sensor" sahəsində istehsalata başlamaq istəyir.Samsung, Hwasung bölgəsindəki DRAM fabrikini "Görüntü Sensoru" istehsal etmək üçün dəyişməyə başladı.            

DRAM fabrikini dəyişən şirkətin hesabatlarına görə bu ilin sonuna qədər fabrika tam şəkildə sensor istehsal etmək üçün hazır olacaq. Dəyişiklik tamamlandığında şirkətin aylıq 70 min sensor istehsal etmək bacarığı olacaq. Əlavə 50 minlik istehsal üçün ediləcək dəyişikliklərdən sonra Samsung rəsmi olaraq 1 ayda 120 min "Görüntü Sensoru" istehsal edəcək.

Hal-hazırda bu bazarda ən yüksək pay dəyərləri 50%-lik dəyərlər ilə Sony şirkətinə məxsusdu. Əldə edilən məlumatlara əsasən, Sony-nin ayliq 100 min istehsalat dəstəyi var. Amma gördüyümüz kimi, bu dəyərlər Samsung-dan aşağıda qalır. Belə çıxır ki, Sony bazardakı liderlik zirvəsində oturmağa davam etmək üçün ciddi yatırımlar etməli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256