İKT

Robot basketbolçu yaradılıb – VİDEO
16 MART
251

Robot basketbolçu yaradılıb – VİDEO

2018-03-16 15:35:00

Yaponiyanın “Toyota” şirkətinin mühəndislər qrupu sərbəst basketbol atışlarını dəqiqliklə yerinə yetirən “Cue” adlı insanabənzər robot yaradıb.
Fins.az xəbər verir ki, robot basketbolçunun bacarıqlarına əmin olmaq üçün mütəxəssislər tərəfindən qurğu və “Alvark Tokyo” klubunun iki peşəkar oyunçusu arasında yarış təşkil edilib. Yarışın nəticəsinə görə “Cue” robotu qələbə qazanıb – o, bütün 10 atışı dəqiq yerinə yetirdiyi halda rəqiblərdə bu göstərici 8 təşkil edib.
Məlumata görə, robot basketbol topunu səbətə atmağı süni intellekt sisteminin köməyi ilə öyrənib. Lakin dərc edilən videoçarxlara baxdıqda mühəndislər tərəfindən daha sadə həllərin tətbiq edilməsinin şahidi olmaq mümkündür. Çünki robot atış zamanı eyni hərəkətləri təkrar edir. Lakin “Cue” robotunun bircə bu bacarığı da ona insanlar üzərində qələbə qazanmağa kifayət edib.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259