İKT

Dünyanın texnologiya mərkəzi San-Fransisko və bir sıra maraqlı faktlar
16 MART
325

Dünyanın texnologiya mərkəzi San-Fransisko və bir sıra maraqlı faktlar

2018-03-16 12:35:00

Amerikanın öndər texnologiya mərkəzlərindən olan San Fransisko bu nominasiya üzrə son illərin dünya liderinə çevrilib. Bu adı qazanmağında məşhur texnologiya şirkətlərinin, Silikon Vadisinə yaxın mövqeyinin, şəhərdə yaşayan varlı dizayner və proqramistlərin, innovasiya mərkəzlərinin və texnoloji yeniliklərin rolu böyükdür.

HP, Apple, Facebook, Google və Twitter kimi IT sektorunun liderləri ilə yanaşı, davamlı olaraq dəyişib inkişaf edən yüzlərlə texnologiya şirkətinin mövcudluğundan əlavə, şəhərdə 3 böyük universitet şəhərciyi salınıb; Stenford Universiteti, San Fransisko Universiteti və Kaliforniya Universiteti

Fins.az xəbər verir ki, TechNote dünyanın texnologiya mərkəzi haqqında bəzi maraqlı faktları da seçib:

1. Şəhərin mərkəzində və mərkəzinə yaxın ərazilərdə normal görüntülü evlərin qiyməti 1.5 milyon dollardan aşağı deyil

2. Halbuki mərkəzdən biraz uzaqlaşdıqda, məsələn Sakramento bölgəsinə irəlilədikcə buradakı evlərin yarıbayarı ucuz olduğunu görə bilərik.

3. Şəhər bahalı olduğu üçün illik gəliri 300.000 dollardan aşağı olanların bu nəhəng şəhərdə rahat nəfəs almağı çox da mümkün görünmür.

4. San-Fransisko əylənməyi sevən və bunun üçün bir çox alternativ təklif edən şəhərdir. Bu alternativlərdən biri Ocean Beach'də yerləşən alov çuxurlarıdır.

5. Və San-Fransiskonun heç də hər kəs tərəfindən tanınmayan yeraltı tunelləri mövcuddur. Bu tunellərin çoxunda hərəkət məhdudlaşdırılıb. Amma hələ də kəşf olunmağı gözləyən tunellər var. Cabrillo küçəsindəki tunellərlə şəhərdə köstəbək rolunu oynaya bilərsiniz.

Hal-hazırda, San Fransisko həm də beynəlxalq maliyyə, kommunikasiya və mədəniyyət mərkəzidir. Şəhər bundan əlavə, dik qayaları, qəribə tramvay sistemi, Çin məhəllələri və Golden Gate körpüsü ilə məşhur turizm mərkəzidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255