İKT

“Dünyada iki böyük imperial güc var - Facebook və Google”
16 MART
279

“Dünyada iki böyük imperial güc var - Facebook və Google”

2018-03-16 11:42:00

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu bu gün “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panellə davam edib.

Fins.az-ın xəbərinə görə, toplantıda çıxış edən Rusiyanın baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis deyib ki, SSRİ dağıldıqdan sonra regionda siyasi və hərbi gərginliklər daha da artıb: “Müstəqil Dövlətlər Birliyi adı altında qarşısını almağa cəhd etdik, təəssüf ki, kənar müdaxilələr buna imkan vermədi. Məsələn, ABŞ prezidentləri ata və oğul Buş bu prosesi öz qələbələri kimi qeyd etdilər”.

O, SSRİ-nin soyuq müharibəyə qoşulmaqla böyük səhvə yol verdiyini bildirib: “Bu, bizim ən böyük səhvimiz idi. Məhz bu səbəbdən Sovet İttifaqı dağıldı və hazırda regionda bunun acı nəticələrini görürük”.

O qeyd edib ki, buna baxmayaraq, geriyə yol yoxdur: “Bu gün dünyada iki böyük imperial güc var: Facebook və Google. Məsələ bu qədər sadədir”.

©Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256