İKT

“Apple Music” istifadəçilərinin – SAYI AÇIQLANDI
15 MART
112

“Apple Music” istifadəçilərinin – SAYI AÇIQLANDI

2018-03-15 14:14:00

“Apple” şirkətinin vitse-prezidenti Eddi Kyunun sözlərinə görə, “Apple Music” xidmətinin istifadəçilərinin sayı 38 milyona çatıb. 
Fins.az-ın məlumatına görə, təkcə son bir il ərzində istifadəçilərin marağı iki dəfə artıb. 
Belə ki, abunəçilərin ümumi sayının 36 milyonu ödənişli versiyadan istifadə edirlər. Statistikaya əsasən, əlavənin populyarlığı durmadan artmaqdadır. 2016-cı ilin sonuna ödənişli xidmətdən 20 milyon istifadəçi istifadə edib. Bu gün isə onların sayı iki dəfə artıb. 
Xatırladaq ki, “Apple Music” 2015-ci ilin yayında təqdim edilib. Üç il ərzində xidmət populyarlığına görə hətta “iTunes”i qabaqlayıb. Həmçinin “Apple Music”in tərtibatçılarının planlarına artıq bu ilin yayında “Spotifity”ni ödənişli abunəçilərin sayında qabaqlamaq niyyəti durur. 

© Lent.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279