İKT

“Google” kriptovalyuta reklamına qadağa qoyur
14 MART
157

“Google” kriptovalyuta reklamına qadağa qoyur

2018-03-14 15:11:00

İyun ayından etibarən “Google” axtarış sistemində kriptovalyita və binar opsionların reklamı qadağan ediləcək.

Fins.az xəbər verir ki, “Google”un aid olduğu “Alphabet Holding” bu qərarı yüksək risk səviyyəli yeni maliyyə məhsullarının satışı ilə mübarizədə daha geniş tədbirlərin görülməsi zərurəti ilə əsaslandırıb. “Facebook” sosial şəbəkəsi də yanvar ayını sonunda kriptovalyuta reklamlarını qadağan edib.

“Bloomberg” qeyd edir ki, qadağa “Google”un gəlirlərinə ciddi təsir etməyəcək.  

Qeyd edək ki, binar opsion (və ya rəqəmli opsion) “ya hər şey, ya heç nə” formuluna əsaslanan və nəzərdə tutulan müddətdə ya gəlir gətirən, ya da heç nə qazandırmayan opsiondur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272