İKT

“Apple” şirkəti növbəti təqdimat tarixini açıqlayıb
14 MART
254

“Apple” şirkəti növbəti təqdimat tarixini açıqlayıb

2018-03-14 14:13:00

Apple" korporasiyası proqramçılar üçün "WWDC" illik tədbirinin tarixini açıqlayıb.

Fins.az xəbər verir ki, konfrans 2018-ci il 4-8 iyun tarixlərində San Xose şəhərindəki "McEnery Convention Center"də keçiriləcək. Ötən il "WWDC" konfransı, həmçinin bu şəhərdə keçirilib. Zal 6 mindən çox qonaq üçün nəzərdə tutulub. Martın 22-dək iştirakçılar qeydiyyatdan keçə bilərlər.

Təqdimatda əməliyyat sistemlərinin yeni versiyalarının nümayişi gözlənilir: "macOS", "iOS", "watchOS" və "tvOS". Analitiklər, həmçinin hesab edirlər ki, sərgidə yeni cihazlar təqdim ediləcək.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256