İKT

Üçkameralı “Huawei” smartfonlarının üstünlükləri nümayiş olundu – VİDEO
14 MART
298

Üçkameralı “Huawei” smartfonlarının üstünlükləri nümayiş olundu – VİDEO

2018-03-14 12:55:00

"Huawei" şirkəti yeni qabaqcıl "P20" smartfonlarının buraxılışı ərəfəsində üçkameralı modellərin üstünlüklərini nümayiş etdirib.
Fins.az ki, Çin istehsalçısı "Huawei" smartfonunun kameralarının peşəkar texnika ilə mübarizəsini əks etdirən iki videoçarx dərc edib. Birinci videoçarxda üçqat kameranın pis işıqlandırma şəraitində də keyfiyyətli çəkiliş aparması nümayiş etdirilir, ikincidə isə şirkət obyektivli böyük fotoaparatlara ehtiyac qalmamasına işarə edir.
Məlumata görə, "Huawei P20", "P20 Lite" və "P20 Pro" smartfon modellərinin martın 27-də Parisdə nümayiş etdirilməsi planlaşdırılır. Qabaqcıl modellərin başlıca xüsusiyyəti onların üçkameraya malik olmasındadır. Həmçinin məlum olub ki, modellər dörd – qara, göy, qızılı çəhrayı və qradiyent rəngində buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256