İKT

8 min qadın Microsoft-u məhkəməyə verir
14 MART
240

8 min qadın Microsoft-u məhkəməyə verir

2018-03-14 10:02:00

Dünyanın məşhur texnologiya şirkəti Microsoft-da çalışan 8 min qadın şikayət edib.

Fins.az xəbər verir ki, 2010-2016 illərdə şirkətdə işləyən 238 xanımın cinsi ayrı-seçkilik və cinsi təcavüz səbəbiylə şikayət etdiyi açıqlanıb.

Qeyd edilir ki, bu məlumat ötən həftə ictimaiyyətə açıqlanan məhkəmə sənədlərində öz əksini tapıb.

Məhkəmə sənədlərinə görə, Microsoft-da çalışan qadın işçilərin şirkətə qarşı irəli sürdüyü iddiada maaş artırmı və promosyonların sistematik olaraq təxirə salındığı deyilir.

Microsoft isə açıqlama verərək bu iddiaları rədd edib.

Şirkətdə çalışan qadınları müdafiə edən hüquqşünasların 8000-dən çox işçini əhatə edən kollektiv şəkildə məhkəməyə müraciət edəcəyi gözlənilir.

© Xeberler.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272