İKT

“iPhone X” almamaq üçün daha bir səbəb
13 MART
341

“iPhone X” almamaq üçün daha bir səbəb

2018-03-13 15:05:00

“MacEumors” ixtisaslaşmış nəşrinin mütəxəssisləri istifadəçilərin “iPhone X” smartfonunu əldə etməkdən hələlik vaz keçmələri üçün daha bir səbəb aşkar ediblər.
Fins.az xəbər verir ki, təcrübə göstərib ki, smartfon çoxlu sayda populyar əlavələri dəstəkləmir.
Mütəxəssislərin ortaq rəyinə əsasən, “Apple” tərtibatçıları “iPhone X” smartfonunun ekranının unikal formasını saxlamaq üçün xeyli səy göstəriblər. Bu səbəbdən onlar smartfonu çoxlu sayda əlavələrdən məhrum ediblər. Paradoks isə odur ki, kənarda qalan proqramlar arasında “Apple” şirkətinin öz məhsulları da mövcuddur. 
“iPhone X” istifadəçiləri üçün “Music Memos”, “iTunes Remote”, “Google Street View” və “Snapseed” kimi populyar proqramlar istifadə üçün yararsız olub. Həmçinin inqilabi smartfonun sahibləri “Candy Crush Soda Saga” və “Hearthstone” kimi oyunlardan da məhrum olublar. Bununla belə, “Apple” rəhbərliyi rəsmi şəkildə bildirib ki, “App Store” kataloqundan olan bütün əlavələri bir aydan gec olmayaraq “iPhone X”-də istifadə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255