İKT

Nokia 9 iPhone X-in əsas özəlliyini əldə edəcək
13 MART
213

Nokia 9 iPhone X-in əsas özəlliyini əldə edəcək

2018-03-13 12:58:00

Yeni məlumatlara əsasən “HMD Global” şirkətinin bu ilki ən güclü smartfonu olacaq Nokia 9 iPhone X-in yolu ilə gedəcək və onun əsas özəlliyini özündə birləşdirəcək.

Təbii ki, söhbət ekranın yuxarı hissəsində kiçik çıxıntıdan və çox nazik çərçivələrdən gedir. Bundan əlavə olaraq yeni məlumatlara əsasən barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya olunacaq. Bununla yanaşı Nokia 9-da innovasiyalı kameranın olacağı da gözlənilir. Texniki göstəricilərə gəldikdə isə Nokia 9 hər iki kənarı əyilmiş 18:9 nisbətli 1440x2560 piksel keyfiyyətli 5.7 inç OLED ekran, 8 nüvəli Snapdragon 845prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik ikili arxa kamera (Carl Zeiss), 5 MP-lik ön kamera və 3250 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267