İKT

“Instagram” sevilən funksiyasını ləğv etdi
13 MART
203

“Instagram” sevilən funksiyasını ləğv etdi

2018-03-13 10:34:00

“Instagram” bir müddət öncə çox istifadə edilən hekayələr bölməsinə GIF, yəni hərəkətli fotolar yüklənməsinə icazə vermişdi.

Fins.az xəbər verir ki, bu gün sosial media platformasından istifadə edənlər şok yaşayıb.

Çünki istifadəçilər “Instagram” hekayələr hissəsində GIF-lərdən istifadə edə bilməyiblər.

Bəyənilərək istifadə edilən bu yeniliyin ləğv edildiyi ortaya çıxıb.

“Instagram”ın yaradıcısı Kevin Sistrom məsələ ilə bağlı açıqlama  verib.

O, yeniliyin təkrar nəzərdən keçirilərək sistemə yüklənəcəyini deyib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267