İKT

Silahla təchiz edilən dron yaradılacaq
13 MART
246

Silahla təchiz edilən dron yaradılacaq

2018-03-13 09:39:00

Sinqapurun ST Kinetics şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.

Fins.az bildirir ki, şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır.

Onlardan birincisi Stinger adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu ST Kinetics Ultimax 100 Mk.8 pulemyotu ilə təchiz ediləcək.

Stinger pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kq təşkil edəcək. Drondan istifadə planları barədə məlumat verilmir.

Drondan atış üçün effektiv istifadəyə görə mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur. Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən bir sıra sınaqlar keçirib.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256