İKT

“WhatsApp” faydalı funksiyalarından birini dəyişdi
12 MART
728

“WhatsApp” faydalı funksiyalarından birini dəyişdi

2018-03-12 16:58:00

“WhatsApp” messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.
Fins.az xəbər verir ki, bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər. 
Bundan əvvəl “WhatsApp”da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar. İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir. 
Yeni “WhatsApp” messencerinin beta versiyasını artıq yükləmək mümkündür.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267