İKT

“Huawei”in yeni flaqmanı 3 kameraya malik olacaq – FOTOLAR
12 MART
235

“Huawei”in yeni flaqmanı 3 kameraya malik olacaq – FOTOLAR

2018-03-12 10:54:00

Hələ təqdimatı keçirilməmiş “Huawei P20” flaqman smartfonunun dizaynı artıq sirr deyil.

Fins.az-ın xəbərinə görə, smartfonun fotoları “Twitter”də Evan Blass adlı insayderin səhifəsində yayılıb.

Fotolardan görünür ki, cihazın ekranı bütün ön paneli tutur. Şaquli yerləşdirilmiş üçlü kamera sistemi var. Arxa paneldə olan 3 fotomodulun necə işləyəcəyi hələlik məlum deyil.     

Rəsmi təqdimatın martın 27-də keçiriləcəyi gözlənilir. Top versiya ilə yanaşı, daha aşağı xüsusiyyətlərə malik “P20 Lite” və “P20 Pro” modelləri də təqdim olunacaq.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256