İKT

Qan təzyiqini ölçən mobil əlavə yaradıldı
12 MART
292

Qan təzyiqini ölçən mobil əlavə yaradıldı

2018-03-12 10:34:00

ABŞ-ın Miçiqan Universitetinin mütəxəssisləri qan təzyiqini ölçmək üçün mobil əlavə tərtib ediblər.  
Fins.az xəbər verir ki, tərtibatçılar bildirib ki, nəticə əldə etmək üçün istifadəçinin, sadəcə, barmağını smartfonun korpusuna qoyması lazım gələcək.
Mütəxəssislər 3D çap üsulu ilə yaradılmış xüsusi çexol yaradacaqlar ki, orada da əlavə edilmiş optik ötürücü olacaq. Korpusa basdıqda, təzyiqin ölçülməsi prosesi həyata keçiriləcək, onun göstəriciləri isə smartfondakı əlavəyə ötürüləcək. 
Artıq mütəxəssislər 30 nəfərin iştirakı ilə təcrübə də keçiriblər. Məlum olub ki, əlavə 90 faiz düzgünlüklə təzyiqi ölçə bilir. Bu araşdırma ABŞ-ın Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirilir. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256