İKT

OnePlus 6 möhtəşəm rekordla ortaya çıxdı
09 MART
423

OnePlus 6 möhtəşəm rekordla ortaya çıxdı

2018-03-09 14:56:00

Çinli firmaların yavaş-yavaş telefon bazarındakı liderliyi ələ keçirdiyini nəzərə alsaq, "OnePlus" şirkətinə də ayrıca toxunmalı olacağıq.

 Belə ki, "OnePlus" şirkətinin son flaqman modeli olan OnePlus 6 AnTuTu benchmark testlərində möhtəşəm rekord nəticələr topladı. Bundan başqa, smartfon haqqında da bir sıra əlavə məlumatlar əldə etdik. 

OnePlus 6 AnTuTu benchmark testlərində 276.510 xal toplayaraq ən zirvəyə oturdu.

Qeyd edək ki, smartfonun yığdığı bu xal benchmark testlərindəki ən yüksək nəticədir. Hətta "Xiaomi" şirkətinin Snapdragon 845istifadə etdiyi deyilən amma hələ təqdim edilməyən Blackshark modelindən daha çoxdur.

Bundan əlavə deyə bilərik ki, OnePlus A6000 kod adı ilə satışa çıxarılacaq modelin dizaynında da fərqliliklər özünü göstərəcək. iPhone X ilə birliktə "Çıxıntılı Ekran" tipli smartfon modellərinin sırasına qoşulacaq OnePlus 6 ikili arxa kamera və arxada barmaq izi skanı dəstəyi ilə gələcək. Prototip olaraq adlanan dizaynda digər önəmli məqam telefonun arxa hissəsinin parlaq şəkildə cilalanmasıdır. Hər zaman öz mat rəngi ilə seçilən şirkət bu dəfə fərqlilik etmək istəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267