İKT

Məşhur servislərin hesab şifrələri qara bazarda neçəyə satılır?
09 MART
257

Məşhur servislərin hesab şifrələri qara bazarda neçəyə satılır?

2018-03-09 14:54:00

Top10vpn.com saytı maraqlı tədqiqat apararaq Apple istifadəçilərinin hesablarının şifrələrinin qara bazardakı qiymətlərini öyrənib.

Ən azı bir dəfə fishing dələduzluğuna tutulmuş istifadəçilər əsasən diqqətli olmalıdırlar. Pis niyyətli şəxslər hansısa istifadəçinin Apple ID şifrəsini sadəcə 15.39$-a əldə edə bilərlər. Apple ID hesablarından əlavə olaraq dələduzluq ilə məşğul olan saytlarda həmçinin 274$-a PayPal hesablarını və ABŞ-da açılmış bank hesabı kodunu 160.15$-a əldə etmək olar.

Adətən bu cür şifrələrin qiymətləri hesabdakı balans vəsaitinin 10%-ni təşkil edir. Bu cür saytlarda istəyə uyğun olaraq hərraclarda iştirak edib hansısa şəxsin pasport məlumatlarını 60$-a almaq olar. Amazon və Walmart kimi online mağaza şifrələrini cəmi 10$-a əldə etmək mümkündür. eBay hesabı şifrəsinə görə isə 12$ tələb olunur. Məsələn Skype hesabı şifrələri 10$-dan satılır. Mütəxəssislər istifadəçilərə diqqətli olmağı və şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258