İKT

“Samsung” holoqrafik virtual köməkçi konseptini nümayiş etdirib – VİDEO
09 MART
222

“Samsung” holoqrafik virtual köməkçi konseptini nümayiş etdirib – VİDEO

2018-03-09 14:16:00

Cənubi Koreyanın “Samsung” şirkəti “C-Lab” eksperimental laboratoriyasının əməkdaşları tərəfindən süni intellekt sahəsində hazırlanan bir neçə layihə haqda məlumat verib. Belə layihələrdən biri virtual ev köməkçisidir.
Fins.az xəbər verir ki, “Aurora” adlandırılmış sistem mobil proqram, həmçinin istifadəçi evdə olarkən smartfonu yerləşdirdiyi xüsusi qurğudan ibarətdir. Aparat enerji topladığı vaxt birləşdirici stansiyanın daxilində humanoid köməkçini təsvir edən psevdo holoqram peyda olur.
Təqdimat çarxına əsasən, “Aurora” istifadəçinin müxtəlif sorğularını başa düşə, ünsiyyəti dəstəkləyə, əşyaların psevdo holoqramını yarada və zəngləri qəbul edə bilər. Həmçinin virtual köməkçi smartfonun kamerasının köməyi ilə jest və emosiyaları başa düşərək virtual üz mimikasının köməyi ilə müvafiq reaksiya verir.

Bundan başqa, müxtəlif smartfon modellərinin sahibləri belə köməkçidən istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253