İKT

“Huawei Mate SE” smartfonu nümayiş olunub
07 MART
255

“Huawei Mate SE” smartfonu nümayiş olunub

2018-03-07 17:29:00

Çinin “Huawei” şirkəti buraxılan smartfonlar çeşidini yeni “Mate SE” modeli ilə artırıb.
Fins.az xəbər verir ki, qurğu tərəflərinin nisbəti 18:9 təşkil edən “Full HD+” (2160х1080 piksel) təsvir ölçülü 5,93 düym diaqonallı ekranla təchiz olunub. Smartfonun əsasını “Kirin 659” prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Əsas kamera 16 və 2 meqapiksel təsvir ölçülü ötürücülərə malik qoşa modulla təchiz edilib.
Ön kameranın təsvir ölçüsü 8 meqapikselə bərabərdir. Burda, həmçinin “4G LTE”, “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.1 LE”, “GPS” modulları, arxa paneldə barmaq izi skaneri və 3340 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.
Bundan başqa, “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu iki SİM kartdan istifadəni dəstəkləyir.
“Huawei Mate SE” smartfonunun təxmini qiyməti 230 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273